Xəbər verdiyimiz kimi, Sami Yusifin azərbaycanlı musiqiçilərin müşayiəti altında xanəndə Təyyar Bayramov və aşıq Samirə ilə birlikdə ifa etdiyi “Nəsimi” kompozisiyası böyük marağa səbəb olmuşdu.
Publika.az xəbər verir ki, Sami Yusifin yutub kanalında yerləşdirilən kompozisiyanın baxış sayı 4 milyona yaxınlaşmaq üzrədir. Bir çox görkəmli sənət nümayəndələri layihə ilə bağlı fikrilərini bildirsə də, Xalq artisti Alim Qasımov bu barədə heç bir açıqlama verməmişdi. Məsələ ondadır ki, izləyicilərin bir qismi bu layihədə Alim Qasımovun yerinin göründüyünü irəli sürmüşdü.
Bu mövzu ilə bağlı Publika.az-a açıqlama verən sənətçi xanəndə bu layihəni bəyəndiyini gizlətməyib:
“Sami Yusif geniş pərəstişkar auditoriyası olan, sevilən sənətkardır. Sənətinə hörmət bəsləyirəm. Sadəcə hər ikimiz səhnədən öz istəyi, eşqi olan insanlarıq. Bəlkə də bu əsərə fərqli tərzdə yanaşa bilərdik. Odur ki, addımını alqışlayıram. Başqa sənətkarın arzusu ilə ifamı çərçivələyə bilmərəm. Lakin bilmək olmaz, bəlkə gələcəkdə dövlətimiz elə bir layihə təşkil edəcək ki, səhnədə birgə yer lacağıq”.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub