Belarus və Azərbaycan səfirlikləri Gürcüstan paytaxtında keçirilən ənənəvi “Tbilisoba” bayramında birgə iştirak edirlər. Bizim guşələrimiz də yan-yanadır. Azərbaycan səfirliyi ölkənizi uğurla təmsil edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Tbilisoba” bayramında ölkəsini “Belarus guşəsi” ilə təmsil edən Belarus Respublikasının səfiri Mixail Myatlıkov söyləyib.
Azərbaycanın bu tədbirdə iştirakından məmnunluqla danışan diplomat deyib: “Tbilisoba” bayramında Azərbaycan və Belarus respublikaları öz stendləri ilə iştirak edirlər. Azərbaycan guşəsini ziyarət edənlər çoxdur. Azərbaycan guşəsinə gələnlər bizim də stendə baxırlar. Biz bundan çox məmnunuq”.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub