Əfsanəvi serial “Kurtlar Vadisi”ndə canlandırdığı Memati xarakteri ilə böyük pərəstişkar ordusu yığan Gürkan Uygunun yeni rolu müəyyənləşib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor “Cep Herkülü: Naim Süleymanoğlu” filmində ağır atlet Naim Süleymanoğlunun kiçik yaşda kəşf edən məşqçisi Ənvər Türkileri canlandıracaq. Aktyorun çəkildiyi film 22 Noyabrdan etibarən kinoteatrlarda nümayiş olunmağa başlayacaq.
Prodüserliyini Mustafa Uslunun həyata keçirdiyi filmin rejissorluğunu Özer Feyzioğlu edir. Ssenarisini Sülh Pirhasanın qələmə aldığı filmin aktyor heyətində Hayat Van Eck, Yetkin Dikinciler, Gürkan Uygun, İsmail Hacıoğlu, Selen Öztürk kimi məşhurlar yer alıb.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub