Bir neçə gündür sosial şəbəkələrin qəhrəmanına çevrilmiş Pərvanə Əhmədova videomüraciət yayıb.
"Report"un xəbərinə görə, videomüraciətdə Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin önündə təşkil edilmiş etiraz aksiyası zamanı hakimiyyətyönümlü Maqsud Mahmudovla polemikaya girmiş Pərvanə Əhmədova müxalifət düşərgəsini tənqid edərək, onunla bağlı şayiə yaymaqda ittiham edib.
O, heç bir təzyiqə məruz qalmadığını, hazırda siyasi proseslərdən kənara çəkildiyini və qohumlarının evində istirahət etdiyini bildirərək, müxalifət düşərgəsinə özünəməxsus formada müraciət edib. O, müraciətində: “Alooo, müxalifət, bəsdirin! Məni öz oyunlarınızda alət etməyin!” deyərək fikrini tamamlayıb.
Mehriban Əliyeva Prezident İlham Əliyevin Davosda panel iclasda iştirakı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb
Prezident “BlackRock”un baş icraçı direktorunu və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb