Dünyada yaşayan hər bir millətin özünəməxsus inancları var. Bu inacların bəziləri maraqlı, bəziləri isə cəmiyyət tərəfindən qəribə qarşılanır.
İspaniya
İspaniyada yeni il axşamı insanlar 12 gilə üzüm yeyir. Onlar hesab edirlər ki, bu 12 üzümgiləsi il ərzində olan 12 ayı tərənnüm edir və bu addım onları bütün pisliklərdən qoruya biləcək bir gücə malikdir. İspanların riayət etdikləri başqa bir inanc da var. Onlarda ayın 13-ü çərşənbə axşamına düşərsə, bu günün “uğursuz gün” olduğunu düşünürlər. İspan dilində çərşənbə axşamı “martes” adlanır, bu da orta əsrlərdən bəri şər kimi xarakterizə edilib.
Misir
Misirdə bayquş bədbəxtlik gətirən heyvan hesab edilir. İnanclara görə, bu bədniyyətli “ölüm quşu” özünəməxsus olan, vahimə yaradan səsi ilə hansı evin həyətində ulayarsa, o evə ya bəla gələr, ya da ölüm. Misirdə qayçını da heç iş görülmədiyi halda hərəkət etdirmək çox pis əlamət hesab edilir. Qayçını açıq saxlamaq olmaz. Misirlilər hesab edirlər ki, bu, ruhları qəzəbləndirə bilər.
Fransa
Fransada qəribə inanclardanda biri odur ki, gəzinti zamanı sol ayaqları it nəcisinə batarsa, bu onlar üçün yaxında xoş xəbər alacaqları mənasına gəlir, sağ ayağın batması isə heç xeyir əlaməti kimi sayılmır.
Türkiyə
Qardaş Türkiyədə də qəribə inaclar var. Burada nahar yeməyindən sonra saqqız çeynəyən insanlara pis baxırlar. Onların fikirlərinə görə gecə vaxtı saqqız çiynəmək olmaz.Türklərin sözlərinə görə, nahar yeməyindən sonra saqqız çeynəmək ölülərin cəsədlərini çiynəmək kimi bir şeydir.
Çin və Yaponiya
Yaponiya və Çində 4 rəqəmi uğursuz hesab edilir, çünki “dörd” sözü “ölüm” sözünə çox bənzəyir. Bu səbəbdən bəzi binalarda dördüncü mərtəbə yoxdur və xəstəxanada olan liftlətdə belə 4 rəqəmi olmur. Yaponiyada belə qəribə bir inanc var. Onlar qəbiristanlığın yanından keçərkən baş barmaqlarını gizlədirlər, çünki qədim bir inanca görə, barmağını gizlətməyən adam ölüm ayağında olan valideynləri ilə vidalaşa bilmir. Buna səbəb isə böyük barmağın “valideyn barmağı”adlandırılmasıdır.
Şimali Amerika
Şimali Amerikada uşaqlar belə bilirlər ki, yerdəki çatın üzərinə çıxmaq pis əlamətdir.Bəziləri inanırlar ki,bunu etsələr, analarının beli qırıla bilər.
İtaliya
İtalyanların bir çoxu ayın 17-si cümə gününə düşəndə çox qorxur. Buna səbəb isə 17-nin rum ifadəsi latın dilində “Mənim həyatım bitdi” mənasını verməsidir.
Hindistan
Hindistanda insanların inancları həddindən artıq çoxdur. Cümə və şənbə günləri onlarda baş yumaq, dırnaq tutmaq olmaz. Gecələr dırnaq tutmaq pis əlamət kimi sayılır.
Rusiya
Rusiyada hesab edirlər ki,boş vedrə daşıyan insanla rastlaşmaq pis əlamətdir. Bu inanclar çar II Aleksandrın dövründən qalıb, çünki boş vedrəli adam onun həyatına sui-qəsd etmək istəyib.Rusların qəribə inanclarındandan biri odur ki,onlarda boş qədəhi qaldırmaq pis əlamət kimi sayılır.
Cənubi Koreya
Cənubi Koreyada isə qapalı otaqda yatarkən ventilyatoru və yaxud kondisioneri işlək vəziyyətdə saxlamaq öldürücü təhlükə daşıyır. Bu ölkədə ventilyatoru yalnız pəncərələr açıq vəziyyətdə olarkən işlədirlər, əks halda ventlyator ya kondisioner onları öldürə bilər.
ABŞ
ABŞ-nın Vermont ştatında 19-cu əsrdə tikilmiş bir çox evlərin ifritələrdən uzaq olması üçün “ifritə pəncərəsi”qoyulurdu.İnsanlar hesab edirdilər ki, ifritə bucaq altında açılan pəncərəyə daxil ola bilməyəcək.
Billion.news saytının materiallarına əsas hazırladı:
Samirə Tağıyeva