Məşhur aktrisa Bergüzar Korellə bacısı Zeynəb Korel arasındakı qalmaqal səngimək bilmir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerikaya köçən Zeynəb Korel onu ləkələməyə çalışdığı üçün bacısını məhkəməyə verməyə hazırlaşır.
O, açıqlamasında bildirib ki, aktrisa anası ilə olan mesajlarını dəyişdirərək qəzetə verib: “Aramızdakı mesajları dəyişdirib qəzetə verdi. Anam aramızdakı mübahisəni həll edə bilmədi, məni tək qoydu. Atam ölüm yatağında “Məni bunların əlində qoyma” demişdi. Haqlı idi, bunu indi daha yaxşı başa düşürəm”.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə mətbuatına açıqlama verən Zeynəb Korel ailəsi haqqında gizli faktları açıqlamışdı. Onu da qeyd edək ki, Bergüzar Korel tanınmış aktyor Tanju Korelin qızıdır.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub