Daha bir azərbaycanlı "O səs Türkiyə"də münsifləri səsinə heyran qoyub.
Publika.az xəbər verir ki, müsabiqənin növbəti buraxılışında Günay Bəylərqızı adlı həmyerlimiz çıxış edib. Yarışmada "Saçlarını yol gətir" türk xalq mahnısı ilə çıxış edən Günay Bəylərqızı 4 münsifi özünə tərəf döndərə bilib.
İfanın sehrindən ayrılmaq istəməyən tamaşaçılar isə mahnını yenidən dinləmək istəyib. Layihənin rəhbəri və aparıcısı Acun Ilıcalı tamaşaçıların istəyini nəzərə alaraq Günayın ifasını yenidən səsləndirib.
İfaçı münsiflərdən Murad Bozu seçib.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub