Dekabrın 4-də həyata keçirilməli olan Nəcəf-Bakı-Nəcəf aviareysi ləğv edilib.
AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, İraqın “UR Airlines” aviaşirkətinin yerli vaxtla saat 15:00-da Nəcəfdən Bakıya “UD 501” saylı reysi ləğv olunub. Həmin reys ləğv olunduğundan aviaşirkətin yerli vaxtla 16:00-da Bakıdan Nəcəf istiqamətində “UD 502” saylı reysi də ləğv edilib. Aviareyslər “B737-200” təyyarəsi ilə həyata keçirilməli idi.
Nəcəf-Bakı-Nəcəf aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.
Kənd Təsərrüfatı Nazirliyi “ENİ” şirkəti və SOCAR ilə birgə deqradasiya uğramış torpaqlarda pilot layihə həyata keçirir
“Azexport.az” portalı vasitəsilə 763 ədəd sərbəst satış sertifikatı təqdim edilib
Azərbaycan Universitetinin tələbələri üçün rəqabətin təmin edilməsi mövzusunda açıq dərs keçirilib