10 dekabr 2019 10:29
705

Bakı-Sumqayıt yolunda hərəkət - MƏHDUDLAŞDIRILIB

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

"İki sahil" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik