Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft və 900 milyard kubmetrə yaxın təbii qaz hasil edilib.
"İki sahil" "trend"ə istinadən bildirir ki, bunu Bakıda "Baker Hughes" tərəfindən təşkil olunan "Energy Forward" neft-qaz texnologiyası tədbirində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, bu gün işlənmədə, lakin ehtiyatları tükənmək üzrə olan yataqlarımızın sırasına yüz illərlə tarixə malik "Bibiheybət", "Balaxanı", "Suraxanı" kimi yataqlar var. Bu yataqlar yüksək su tərkibli olmasına baxmayaraq hələ də məhsuldar laylara malik, aqressiv korroziya və eroziya mühiti ilə səciyyəvi yataqlardır.
R.Abdullayev onu da əlavə edib ki, bura ağır neftli qeyri-ənənəvi yataqlar, sahilə yaxın yerləşən dayazsulu və özünəməxsus xüsusiyyətlərə malik olan “Bahar”, “Qərbi Abşeron” yataqları, nəhəng “Neft Daşları”, “Səngəçal-Düvannı-Xərə Zirə” yataqları, “Günəşli” yatağının dayazsulu hissəsi və nəhayət “Bulla”, “Şahdəniz”, “Ümid”, “Abşeron” kimi son dərəcə çətin, yüksək təzyiqli və yüksək temperaturlu yataqlar da daxildir.
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib