“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) yeni reklam çarxı hazırlayıb.
Reklam çarxında şirkətin təbii qaz nəqli üzrə fəaliyyəti, təbii qazın verildiyi evlərdə yaşanan xoşbəxt anlar öz əksini tapır.
Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR “Qürur duyuruq” adlı reklam çarxı ilə milyonlarla insanı xoşbəxt etməkdən duyduğu qürur vurğulayır.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. “SOCAR Turkey” bu il “Bursagaz” və “Kayserigaz” şirkətlərini alıb.
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib