12 dekabr 2019 13:51
2704

Bakı sakininin avtomobilindən beşbarmaq götürülüb

Bakı sakininin avtomobilindən beşbarmaq aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini A.Sadıqov və Bakı şəhər sakini N.Süleymanov saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan ümumilikdə 10 qramdan artıq marixuana və metamfetamin götürülüb.

Davam etdirilən tədbirlərlə N.Süleymanovun “Mercedes” markalı avtomobilindən isə 1 ədəd beşbarmaq aşkar edilərək götürülüb.