"İTV-nin "Sabahın xeyir" proqramında çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev bir daha təsdiqlədi ki hazırda Bakı şəhərindəki bütün parkovka yerləri pulsuzdur. Əgər kimlərsə pul yığırsa bu qanunsuzdur və pul yığanların BNA-ya aidiyyatı yoxdur".
"İki sahil" xəbər verir ki, bu barədə ekspert Osman Gündüz deyib.
O, Gündüz bildirib ki, bununla bağlı proseduralar və tariflər təsdiqlənməyib. Real vəziyyət isə belədir ki , bütün pakovkalarda pul yığılır:
"Maraqlıdır, qurumun nümayəndəsi açıq - aşkar bildirir ki Prezidentin Fərmanını icra edə bilmirik. BNA rəsmisi bildirir ki Prezident Fərmanının icrası ilə bağlı , parkovka yerləri üçün qanuni proseduraların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə (NK) müraciət edilib.
Lakin NK hələlik bununla bağlı hər hansı addım atmayıb.
O da maraqlıdır ki dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi sistemini tez bir zamanda qura bilirlər və dərhal da icrasına başlayırlar. Yəni, Prezidentin Fərmanının bu hissəsi dərhal icra edilib.
Amma qanuni parklama üçün BNA həmin fərmanla ona verilən səlahiyyətlərini yerinə yetirə bilmir , normal bir elektron sistem qurulmur və ya kimlərsə buna imkan vermirlər".
Ekspert əlavə edib ki, bütün dünyada olduğu kimi bu sahədə normal proseduralar yaratmaq, mobil tətbiq üzərindən parkovka xidmətləri əldə etmıək və onlayn ödəniş etməyə imkan verən sistemi qurmaq adi bir işdir.