Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağa çırpılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən sürücünün qəzadan əvvəl ürəktutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar havaların isti keçməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir: "Eyni zamanda, belə hallarla mübarizədə yaxın ətrafın rolu da vacibdir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar. Unutmayaq: Sağlamlığımızın risk altında olduğunu bildiyimiz halda sükan arxasına əyləşmək – qəzanı yolumuza “dəvət” etmək deməkdir! Qəzadan uzaq olaq!".