Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyilə Ukraynanın Xarkov şəhərində soydaşlarımız üçün maraqlı proqramla çıxış edən “Bu şəhərdə”nin növbəti çıxışı Rusiyanın Yekaterinburq şəhərində olub. 31 dekabr - Dünya Azərbaycanlarının Həmrəylik Gününə həsr olunmuş konsertdə Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov tamaşaçıların rəğbətinə səbəb olmuş müxtəlif yumoristik səhnəçiklərlə çıxış edib. Gecədə Əməkdar artist, tanınmış müğənni Rəşad İlyasov aparıcılıq edib.
Sonda “Bu şəhərdə” komandası soydaşlarımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik ediblər və tədbirin baş tutmasına görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə, Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınskiyə, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Yekaterinburqdakı nümayəndəliyinə öz minnətdarlığını bildirib.
Tədbirdən sonra azərbaycanlı icmasının nümayəndələri "Bu şəhərdə"nin komandası ilə görüşüblər və xatirə şəkilləri çəkdiriblər.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub