24 dekabr 2019 11:00
6472

Miladın olmazsa olmazı: hind toyuğu

Milad qədim adət-ənənələrlə zəngindir. Milad günü xristianlar hind toyuğu yeyir, bir-birlərinə Milad açıqcaları göndərir və evin hər tərəfini zərlərlə bəzəyirlər.

Bəs nəyə görə insanlar Miladda hind toyuğu yeyirlər? Necə olub ki, hind toyuğu bişirmək ənənəyə çevrilib?

Elə isə bu sualların cavabını məqaləmizdən öyrənəcəksiniz.

Hind toyuğunun Miladla bağlı tarixi

Hind toyuğu ilk dəfə 1526-cı ildə İngiltərəyə gətirilib, bu vaxta qədər isə onların Milad yeməyi qazdan, qaban başından və tovuz quşundan ibarət olub. İnəklərdən süd, toyuqlardan yumurta əldə edən fermerlər inək və toyuğun əvəzinə hind toyuğu yeyirdilər. Həm də o dövrdə hind toyuqları bu gün ilə müqayisədə daha ucuz hesab olunurdu. Beləliklə, onlar Milad bayramı üçün mal-qaralarından birini kəsmək əvəzinə, hind toyuğu kəsərək, daha az israf etdiklərini düşünürdülər.

Kral VII Henry Milad günündə hind toyuğu yeyən ilk şəxs idi. Çünki 1950-ci ilə qədər Miladda hind toyuğu yemək elə də məşhur deyildi, insanların süfrəsini hind toyuğu əvəzinə qazdan hazırlanan yeməklər bəzəyirdi. Hind toyuğu, həm də ailəyə yetəcək qədər çox olduğundan bərəkətli hesab edilirdi.

Britaniyalıların 87%-i Miladın ənənəvi qızardılmış hind toyuğu olmadan yaxşı keçməyəcəyinə inanırlar.

Hind toyuğu haqda faktlar

Hazırda İngiltərədə hər Milad günü 10 milyon hind toyuğu yeyilir.

Britaniyalıların 25%-i hind toyuğunu bir neçə ay əvvəldən alırlar.

Aparılan araşdırmalar göstərir ki, Miladda qızardılmış hind toyuğundan savayı, tərkibində hind toyuğu olan 3 yemək daha çox məşhurdur: sendviç, şorba və salat.

Britaniyalıların 20%-i daha yaxşı hind toyuğu üçün daha çox pul ödəyirlər.

Leyla Şıxəli-Bayramlı, “İki sahil”