“Həyat yoldaşı olmaq çox böyük fədakarlıqlara dözməyi bacaran bir xarakter istəyir. Əslində, evlənmək dözüləcək bir iş deyil”.
Bu sözləri sosial media hesabında müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə fotosunu paylaşaraq yazıb.
“Həyat yoldaşı həyatımızı böldüyümüz, pay etdiyimiz insandır. Bu sözüm qarşı tərəf üçün də keçərlidir. Münasibətlər “dözürəm, neyləyim?” deyə davam etdirilməz. Bu cür düşünən nə kişiyə, nə də qadına hörmət etmirəm” deyə, İradə bildirib.
Müğənni daha sonra həyat yoldaşını tərifləyib: “Həqiqətən bir birinə bağlı iki insan üçün gəncliyin əldən getməyi fəlakət deyil. Bir-birimizə söykənərək yaşlanmaq zövq verir. Həyat yoldaşlığı çox uzun bir yoldur, səninlə yaşlanmaq istəyirəm, dəliqanlı. Çox şanslıyam və həyatda hər zaman şükür etmə səbibim oldun. Səndən çox razıyam, Allah da razı olsun. Çox sevirəm”.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub