Müğənni Elnarə Xəlilova “Qarabağ atları” adlı yeni mahnısı və klipini təqdim edib. “Naxçıvan yallısı”nın musiqisi üzərinə yazılan mahnının sözləri Ramin Xəlilov, aranjemanı Samir Şirinova məxsusdur.
“İki sahil”in məlumatına görə, klipdə Dövlət Sərhəd Xidmətinin (DSX) süvarilər dəstəsi və əməkdar artist Nailə Məmmədzadənin rəhbərlik etdiyi DSX-nın Rəqs Ansmblı iştirak edib. Klip Azərbaycan Atçılıq Federasiyasının dəstəyilə “Sərhədçi” studiyası tərəfindən ekranlaşdırlıb.
“Qarabağ atları” klipində dünyada tanınan və tarixi, məşhur Qarabağ atlarının uğuru, cəsurluğu, gücü, şücaətindən bəhs edilir.
Klipin çəkilişlər Binə Atçılıq Mərkəzində aparılıb. Ekran işində Qarabağ atlarının dünyanın ən böyük arenalarında dünyanı fəth edən çıxışlarından olan videomateriallardan da istifadə edilib.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub