Bu gün Abşeron rayonunun Digah kəndində qazın verilişi məhdudlaşdırılacaq. Bu barədə "İki sahil"ə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, saat 12:00-dan etibarən Abşeron rayonunda yerləşən “Digah” Qaz Paylayıcı Stansiyasında sayğac quraşdırılması ilə əlaqədar Digah kəndində yaxın 2 saat ərzində qazın verilişində məhdudiyyətlər tətbiq olunacaq.
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib