2019-cu ildə Azərbaycan Prezidentinin “Azəriqaz” İstehsalat Birliyi qarşısında qoyduğu ölkə ərazisinin qazlaşdlırılmasının 96 faizə çatdırılması ilə bağlı hədəfə nail olmuşuq.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
R.Əliyev vurğulayıb ki, 2020-ci ildə 39 min fərdi ev qazlaşdırılacaq: “Qazlaşdırma tamamilə dövlət hesabına və təmənnasız aparılır. 2020-ci ildə 785 km yeni qaz kəməri təmir olunmasını nəzərdə tututuruq.”
O bildirib ki, abonentlərimizin sayı 2 milyon 262 min 242-yə çatıb: "Onlardan 1 milyon 234 mini smart-sayğacdan istifadə edir. 2020-ci ildə isə 1484 sayğac dəyişdirilməsi nəzərdə tutuub.”
Orxan Vahidoğlu, "İki sahil"
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib