SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi Abşeron rayonunun bəzi ərazilərində qazın verilişinin dayandırılmasının səbəblərini açıqlayıb.
“Azəriqaz” İstehsalat Birliyindən "İki sahil"ə verilən məlumata görə, yanvarın 7-də Masazır qəsəbəsi ərazisində, “Əlincə” otelinin yanında qazıntı işləri aparılan zaman Mənzil Tikinti Kooperativlərindən (MTK) birinin əməkdaşı diametri 200 mm olan yeraltı polietilen qaz xəttini zədələyib. Nəticədə 3 minə yaxın abonentin qaz təchizatında fasilə yaranıb. Təmir işləri başa çatandan sonra təkrar qaz sızması aşkarlanıb.
Qaz xəttinin təhlükəsiz formada istismara qaytarılması üçün yenidən müvafiq işlərin icrasına başlanılıb. Səhər saatlarından “Azəriqaz” İB-nin əməkdaşları hadisə yerinə cəlb olunub.
Qaz təchizatının yaxın saatlarda bərpa olunacağı gözlənilir.
Məlumatda bildirilir ki, qaz təminatındakı fasilələr əsasən Abşeron rayonunun Xırdalan şəhəri, həmçinin, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələri ərazisində müşahidə olunacaq.
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib