Türkiyənin Kilyos yaşayış məntəqəsi (İstanbulun Qara dəniz hissəsində yerləşir) sahillərində Rusiya bayrağı ilə üzən tankerlə toqquşduqdan sonra batan Türkiyəyə məxsus balıqçı gəmisindən 3 nəfər xilas edilib, 3 nəfərin axtarışları isə davam edir.
“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkənin Sahil Mühafizə Komandanlığından bildirilib ki, hadisə yerli vaxtla saat 06.30-da İstanbul boğazından 5 mil Şimal-qərbdə baş verib.
Tanker Rusiyadan İzmir istiqamətində hərəkət edirmiş.
3 nəfər bölgədəki balıqçılar tərəfindən xilas edilib.
Məlumata görə, digər 3 nəfərin axtarışlarına 2 gəmi və helikopter cəlb edilib.