21 sentyabr 2026 14:02
92

ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyalar əməkdaşların həyatını xeyli çətinləşdirib

ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin (BQM) vəzifəli şəxslərinə qarşı tətbiq etdiyi sanksiyalar instansiya işçilərinin həyatını xeyli çətinləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə BQM-in icra edən prokuroru Mame Mandiay Nyanq bildirib.

"Sanksiyalara məruz qalanda həyat çox çətinləşir, çünki kredit kartları kimi əksər ödəniş alətləri, eləcə də istifadə etdiyimiz əksər texnologiyalar ABŞ-ın nəzarəti altındadır. Hələlik fərdi sanksiyalardan söhbət gedir və onlara düşənlərin – bunlar BQM-in 13 əməkdaşıdır – həyatı çox çətinləşib", – deyə o, "France 24" telekanalının efirində bildirib.

Eyni zamanda, Nyanq vurğulayıb ki, o, öz işini əvvəlki kimi yerinə yetirməkdə davam etmək niyyətindədir.

Avqustun 18-də ABŞ Dövlət Departamentinin mətbuat xidməti dövlət katibi Marko Rubionun BQM-in sədri Tomoko Akane və instansiyanın baş prokuroru Abdulay Seyeyə qarşı sanksiyaların tətbiq olunması barədə bəyanatını yaymışdı. Hazırkı Amerika administrasiyası məhkəməyə qarşı artıq bir neçə dəfə sanksiya tətbiq edib.