Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, yanvarın 13-də saat 13 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Allahverdiyev idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini Mayıl Ağayevi vurub.
Qeyd edilir ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Milli.Az
Yanvar-aprel aylarında DSMF-nin xərcləri 255 mln. manat artaraq 2 mlrd. 756 mln. manat olub
Uşaq evlərinin sakinləri üçün “Tanıma və güvən” layihəsi üzrə xüsusi rəqs məşğələləri təşkil edilib