22 yanvar 2020 13:26
1374

Ziyafət  Əsgərov Pensər kəndində olub - FOTO

9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə namizədliyini irəli sürülmüş Ziyafət Əsgərov Astara rayonunun Pensər kənd seçiciləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki, seçicilər Ziyafət Əsgərova seçkilərdə uğurlar arzulayıblar.

Namizədin seçki qabağı platforması ilə tanış olan sakinlər Milli Məclisə keçirilən seçkisində daha güclü Azərbaycan naminə səs verəcəklərini bildiriblər.