29 aprel 2024 15:28
251

Ötən həftə azad edilmiş ərazilərdə 159 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

Bu barədə “İki sahil"ə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata əsasən azad olunan ərazilərdə 22-28 aprel 2024-cü il tarixi ərzində 100 tank əleyhinə mina, 59 piyada əleyhinə mina, 380 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1245 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.