24 yanvar 2020 16:26
1360

İnkişafın əldə olunmasında YAP-ın xidməti inkarolunmazdır - FOTO

Fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin rayonun Yuxarı Şilyan kəndində seçicilərlə görüşləri keçirilib.

Yuxarı Şilyan kənd Mədəniyyət evində keçirilən görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Ş.Abdullayeva çıxışında bütün seçiciləri bir daha Ramil Həsənə səs verməyə çağırıb.

Seçicilər qarşısındakı çıxışında Azərbaycanda əldə edilən nailiyyətlərdən, regionların dinamik şəkildə dəyişən və gözəlləşən simasından danışan deputatlığa namizəd Ramil Həsən seçicilərin etimadını qazanıb Milli Məclisin deputatı seçiləcəyi təqdirdə görəcəyi işlər haqqında məlumat verib. R.Həsən seçiciləri fevralın 9-da seçki məntəqələrinə gələrək YAP-ın namizədinə səs verməyə çağırıb: “Sizlərin dəstəyiniz ilə parlamentdə təmsil olunacağım təqdirdə hər birinizin vəkili olmağımı özüm üçün böyük şərəf biləcək, qarşıdakı 5 il ərzində mütəmadi olaraq sizlərlə birlikdə olacağam. Gənclərin işlə təminatı, tələbələrin beynəlxalq standartlara cavab verən təhsil alması və onlara göstərilən qayğının daha da artırılması üçün birlikdə fəaliyyət göstərəcəyik. Mən inanıram ki, fevralın 9-da seçicilərimiz ölkəmizin inkişaf yolunda hər zaman Prezidentimizin siyasi kursunu dəstəkləyən YAP-ın namizədlərinə səs verəcəklər.”

Yuxarı Şilyan kənd sakinləri Nazir Məmmədov,Yemilxan Əhmədov, İsmayıl Abdulov, Faiq Məmmədov, Şəhla Salahova, Mehparə İslamova, Aşa Hacıyeva, Tahir Məlikov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.

Daha sonra Ramil Həsən şəhid Təhmiraz Cavadovun anası Xəysə Cavadova, şəhid Nazarət Rəhimovun anası Bibixanım Rəhimova, şəhid Asif Xəlilovun valideyinləri Qoca və Yemən Xəlilovlar, Böyük Vətən Müharibəsinin iştirakçısı Məhərrəm Baxşəliyev və Qazyan kəndində şəhid Əziz Əliyevin valideynləri Ağamirzə və  Fatma Əliyevlər ilə evlərində görüşülüb.

Orxan Vahidoğlu, "İki sahil"