27 yanvar 2020 09:37
910

Neft ucuzlaşıb, təbii qaz isə...

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin mart müqaviləsinin dəyəri 2,21% azalaraq 1 barrelə görə 59,35 dollar təşkil edib.

"İki sahil"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barrelinin dəyəri 2,34% azalaraq 52,92 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti isə artıb.

Fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,96% artaraq 1,97 ABŞ dolları təşkil edib.