10 fevral 2020 10:45
1294

Azərbaycanda demokratik seçkilər keçirildi

Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri şəffaf, doğru-düzgün qaydada keçirilib.

Bunu Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Litvadan olan beynəlxalq müşahidəçi, Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Valeriy Simulik deyib.

Onun sözlərinə görə, demokratik seçki bütün cəmiyyətlərdə imtahanıdır.

Azərbaycanda keçirilən seçkini də demokratik seçki sayan V.Simulik

Azərbaycanda bir neçə dəfə seçkilərdə müşahidə apardıqlarını söyləyən müşahidəçi əlavə edib ki, Litva müşahidə missiyasının regionlardakı seçki məntəqələrində müşahidə aparmaq istəkləri təmin edilib: "Dünən 3 dairənin 15 məntəqəsində olduq. Müşahidəçilər yalnız partiya üzvləri deyildi, bitərəf şəxslər də vardı. Hər dairədə 11-14 namizəd var idi ki, bu da siyasi rəqabətin olması üçün çox gözəl şəraitin yaradılması demək idi. Məntəqələrin birində müşahidə etdik ki, namizədin biri müşahidəçi kimi iştirak edirdi və müəyyən proseslərə müdaxilə edirdi. Azərbaycan qanunvericiliyi buna imkan verir. Lakin Litva və digər Baltikyani ölkələrdə bu mümkün deyil. Namizəd yalnız səsvermədə iştirak edə bilər. Mən hesab edirəm ki, namizəd özü müşahidəçi olarsa, bu, obyektiv ola bilməz, o, öz mənafeyini üstün tutar".

V.Simulik müsbət hal kimi bunu bildirib ki, namizədlərin təxminən 20 faizi qadınlar olub, onların 40 faizi artıq seçilib.