Meqan Marklın bir neçə il öncə şəxsi bloq səhifəsi olan "The Tig"də yazdığı 14 fevralla bağlı gözləntiləri ortaya çıxıb.
38 yaşlı Meqan 2015-ci ildə etdiyi açıqlamada Sevgililər günü səhərini öpüşlə oyanmaq, yataqda qəhvəaltı sürprizi ilə qarşılaşmaq, yaxud da çiçək qəbul etmək istədiyini qeyd edib:
"Hər 14 fevralda özümü Rober Duanonun fotolarına dalmış kimi hiss edirəm. Öpüşmək üçün heyrətamiz nəfəslə gözləyirəm. Təbii ki, bunların hamısı xəyalımda ağ-qara canlanır. Yataqda qəhvəaltı, şirin eşq qeydi, ya da sadəcə çiçək olsun. Əsas olan məni düşünməsidir. Hər 14 fevralda Parisdə oyanmaq istəyirəm".
Ərdoğan Sudan liderinə humanitar böhranın aradan qaldırılmasında dəstəyini ifadə edib