21 fevral 2020 13:00
1372

Bruneydə alimlər yeni ilbiz növü aşkar edib

Yeni ilbiz növünə Qreta Tunberqin adı verildi

Yeni növə isveçli iqlim fəalı Qreta Tunberqin şərəfinə “Craspedotropis gretathunbergae” adı verilib.

Aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, sikloforidlər fəsiləsinə aid olan bu ilbiz quraqlığa, kəskin temperatur dəyişikliklərinə, eləcə də meşələrin kəsilməsinə qarşı həssasdır.

Alimlərin fikrincə, iqlim dəyişikliyi yeni aşkar olunan ilbiz növünə ciddi təsir göstərəcək. Məhz bu səbəbdən ilbizə isveçli yeniyetmənin adının verilməsi qərara alınıb.