26 fevral 2020 16:56
1718

Dünyanın 4-cü ən varlı adamı smartfon istifadə etməyə başladı

87,6 milyard dollar sərvətilə dünyanın ən varlı dördüncü adamı olan Uaren Buffet (Warren Buffett)  ilk dəfə "ağıllı" telefon (smartfon) aldığını açıqlayıb. 

"Ağıllı" telefon istehsalçısı "Apple"ın 5,6 faizlik hissəsinə sahib olan 89 yaşındakı Buffet qapaqlı bir cib telefonu olan "Samsung SCH-U320" istifadə edirdi. Bu telefonu ilk dəfə 2013-də CNN-ə göstərən Buffet, zarafat olaraq "bunu mənə Aleksandr Graham-Bell verib" demişdi.

CNBC-ə danışan "Berkshire Hathaway" rəhbəri Buffet, köhnə "Samsung" telefonunu holdinqin maydakı illik yığıncağında əzə biləcəyini söyləyib. 

Buffet əvvəllər "Apple"ın icraçı direktoru Tim Cook daxil bir çox adamdan "iPhone" hədiyyə alsa da, bunların heç birini istifadə etməmişdi.

Buffet, səhmlərin qiymətlərini izləmək üçün bir başqa "Apple" məhsulu olan "iPad" istifadə etdiyini açıqlamış, ilk "tweet"ini də 2013-də "iPad"dan yazmışdı.

Buffetin şirkəti "Berkshire Hataway"ın bazar dəyəri 560 milyard dollar səviyyəsindədir. (marja)