Türkiyənin Osmaniyə şəhərində fəaliyyət göstərən Korkut Ata Universitetində “Xocalı soyqırımı- 28 ildir susmayan acı” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və başqaları Xocalı soyqırımı ilə bağlı iştirakçılara müfəssəl məlumat veriblər.
Sonra Osmaniyə şəhərinin mərkəzində Xocalı prospektinin açılışı olub. Həmçinin səfir Xəzər İbrahim ilə vali Ömer Faruk Coşkun arasında ikitərəfli görüş keçirilib. //AZƏRTAC
Burhanettin Duran: 20 Yanvar Azərbaycan xalqının istiqlal iradəsinin təzahürüdür
"Euronews": Sovet qətliamının xatirəsi Azərbaycanın müstəqillik arzularında əsas amilə çevrilib
Sumqayıtda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib