İqtisadiyyat Nazirliyi ticarət obyektlərində və anbarlarda KİV nümayəndələrinin iştirakı ilə monitorinq keçirib.
"İki sahil" xəbər verir ki, monitorinqlər zamanı əhalinin gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları ilə təchizatında hər hansı çətinliyin olmadığı, mağazalarda bütün çeşidlər üzrə malların və anbarlarda kifayət qədər ehtiyatının olduğu müşahidə edilib.
Satışla məşğul olan sahibkarlar mağazalara yeni məhsulların sifarişinin davam etdirildiyini, ticarət obyektlərinin topdansatış müəssisələri tərəfindən təchizatla bağlı sifarişlərinin vaxtında yerinə yetirildiyini bildiriblər.
Bununla yanaşı, koronavirusdan qorunmağın yolları ilə bağlı ticarət obyektlərində mütəmadi olaraq səsləndirilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən maarifləndirici anons hazırlanıb.
Sahibkarlara bu maarifləndirici anonsun ticarət obyektlərində səsləndirilməsinin təmin edilməsi tövsiyə olunur.
Orta Dəhliz XXI əsr ticarət, nəqliyyat və enerji xəritəsində strateji mövqeyini gücləndirir - ŞƏRH
“Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Vyanada beynəlxalq iqtisadi proqramda iştirak edib