19 mart 2020 17:52
1984

İngiltərə Premyer Liqasında fasilə müddəti uzadıldı - RƏSMİ

İngiltərədə futbol yarışları aprelin 30-dan tez başlamayacaq.

"Report" xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyasına görə ölkə çempionatlarındakı məcburi fasilənin müddəti aprelin 30-dək uzadılıb.

Qeyd edək ki, daha əvvəl çempionat oyunlarının aprelin 3-dək təxirə salınması qərara alınmışdı.