Martın 24-də “Dərs vaxtı” proqramı çərçivəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən start veriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, eyni zamanda, nazirliyin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
Hacı Əziz məscidinə qanunsuz müdaxilənin qarşısı alınıb, iş məhkəməyə göndərilib
Agentlikdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nümayəndələri ilə görüş keçirilib
“Rəqəmsal körpü” Təcrübə Proqramının iştirakçıları "Azərpoçt"da təcrübə keçəcək