17 noyabr 2026 16:20
111

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib

Milli Məclis “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

“İki sahil” xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.

2027-ci ildə İşsizlikdən Sığorta Fondunun (İSF-in) gəlirləri 269 milyon manat, fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcmi isə 50 milyon manat nəzərdə tutulub.

Gələn ildə işsizlikdən sığorta haqları üzrə yığımların 267 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq edilmiş müvafiq göstəricisindən 31 milyon manat və ya 13 faiz çoxdur.

2027-ci ildə İSF-in xərcləri 319 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da keçən illə müqayisədə 53 milyon manat çoxdur.