Martın 22-də axşam saatlarında Sumqayıtda koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları müvafiq texnikalarla şəhər ərazisində dezinfeksiya işləri aparırlar. Şəhərin mərkəzi hissəsindən başlayaraq şose yollar xüsusi maye ilə yuyulub.
Dezinfeksiya işləri gündəlik olaraq axşam saat 22:00-dan başlayaraq aparılır. Bundan əlavə, mütəmadi olaraq yaşayış binalarının həyətlərində, blokların girişlərində, lift kabinlərində, pilləkənlərdə, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər icra olunur.
                                
                                    
                                    
                                
                                
                                
                                    “Mən bu ömrü elə belə yaşadım” –  ADPU-da professor Mahirə Hüseynovanın 65 illik yubileyi
                                
                                
                                    
                                    
                                
                                
                                
                                    Bakı metrosunda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılıb