07 aprel 2020 14:40
1249

Evinə iki fahişə çağıran futbolçuya pis xəbər

"Mançester Siti"nin futbolçusu Kayl Uolker İngiltərə millisinə çağırılmayacaq.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. Bildirilib ki, 29 yaşlı müdafiəçinin karantin vaxtı evinə iki fahişə çağırması yığmanın baş məşqçisi Qaret Sautqeytin də narazılığına səbəb olub. Buna görə ingiltərəli mütəxəssis millidə işlədiyi müddətdə ona dəvət göndərməməyə qərar verib.

Qeyd edək ki, Uolker İngiltərə yığması ilə 48 matçda iştirak edib.