Tanınmış Amerika teleaparıcısı Corc Stefanopulosda koronavirus aşkarlanıb
Tanınmış Amerika teleaparıcısı, “Amerika, sabahın xeyır” verilişinin aparıcısı Corc Stefanopulosdan koronavirus COVID-19 üçün götürülən testin analizi pozitiv çıxıb.
Stefanopulos bu barədə həyat yoldaşı, aktrisa və bestsellerlər müəllifi Ali Ventvort ondan koronavirus COVID-19 üçün götürülmüş testin müsbət nəticə verməsini təsdiqlədikdən iki həftə sonra birbaşa efirdə bəyan edib.
Ventvort virusun yaxınları və tanışları arasında yayılmasının qarşısını almaq məqsədi ilə Stefanopulosların Nyu-Yorkdakı evində özünütəcrid edib.
Bazar ertəsi günü ABŞ-da CAVİD-19 virusuna yoluxanların sayı 587.000 nəfərdən çox olub, bu virusdan ölənlərin sayı isə 23.644 nəfərə çatıb. //AZƏRTAC