Bir müddət sosial media hesabından çətin yoqa hərəkətləri edərkən görünən şəkilləri paylaşan Mine Tugay bu dəfə fərqli paylaşıma imza atıb.
“İki sahil” xəbər verir ki, Mine Tugay sosial media hesabından aktiv istifadə edən adlardandır.
Bir müddət evdə idman və yoqa fəaliyyəti ilə məşğul olmasın sosial media hesabından paylaşan və izləyicilərinə mesajlar verən Tugay bu dəfə evinin bağçasında çəkilmiş bir fotosunu izləyicilərinə təqdim edib.
Mina Tugayın bu paylaşımına çox tərifli şərhlər gəldi. Foto yalnız bir saat ərzində 100.000 bəyənməni ötüb.