“Mart ayının 3 – dən etibarən təhsilin bütün pillələrində tədris dayandırılıb. Ancaq bütün hallarda təhsilin davamlılığnın qorunması istiqamətində sistemli addımlar atılıb. Ona görə də bu zaman kəsiyini itirilmiş hesab etmək olmaz”.
Bu fikirləri “Yeni tv”nin efirində Milli Məclisin deputatı Etibar Əiyev deyib.
E.Əliyev vurğulayıb ki, distant təhslin tətbiqi fasizləsiz tədrisin qorunmasına öz töhvəsini verib. Deputatın sözlərinə görə, Azərbaycan innovativ bir dövlət kimi koronovirus pandemiyasına qarşı mübarizədə bütün güc və imkanlarını səfərbər edib: “Dünyanın elm, təhsil və texnologiya sahələri belə pandemiyaya qarşı mübarizədə çətinliklərlə üz – üzə qalıblar. Pandemiya bütün sahələrə öz mənfi təsirini gösərdiyi kimi təhsil sahəsinə də ciddi təsir göstərib. Ancaq ölkədə həyata keçirilən addımlar bütün sahələrdə olduğu kimi, təhsildə də az itkilərlə çıxmağa hesablanıb.
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub