Kənd Təsərrüfatı Nazirliyinin səyyar mikroavtobusları Şəkinin rayon mərkəzindən uzaq kəndlərində səyyar xidmətə başlayıb.
"İki sahil" xəbər verir ki, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri yazlıq əkinlərin bəyanı və arı ailələrinin qeydiyyata alınması ilə bağlı fermerlərə səyyar xidmət göstəriblər. Xidmətdən ümumilikdə 230 fermer yararlanıb.
Səyyar xidmət zamanı fermerlərə tibbi maskalar paylanıb, dezinfeksiya tədbirləri görülüb, növbənin təşkili zamanı sosial məsafə prinsipinə riayət edilib. Şəkidə fermerlərə səyyar xidmət davam etdiriləcək.
Nazirliyinin səyyar xidmət mikroavtobusları bu həftədən Xaçmaz, Masallı, Kürdəmir və Bərdə rayonlarında da xidmətə başlayacaq.
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Kaspersky: saxta maliyyə veb-saytlarına girişin 25%-i fırıldaqçı ödəniş sistemlərinin payına düşür