Kür çayının Hacıqabul rayonunun Talış kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1953-cü il təvəllüdlü Səlimov Qardaşəli Abbas oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, Q.Səlimovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Baş Dövlət Yol Polisi İdarəsi: Küləkli hava ilə əlaqədar yollarda ehtiyatlı olaq!
DİN bayram günlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib