21 may 2020 12:23
1111

Avstriyada bıçaqlı hücum: 5 yaralı

Avstriyada bıçaqlı hücum nəticəsində 5 nəfər yaralanıb.

Avstriyanın Baden şəhərində bıçaqla silahlanmış şəxs bir neçə nəfərə hücum edib. Nəticədə beş nəfər xəsarət alıb.

Qeyd olunur ki, hücum edən şəxs özü də yaralanıb. Polis onu saxlayıb, hazırda hadisə ilə bağlı araşdırma aparılır. //Trend