“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 28 May- Respublika Günü münasibətilə maraqlı videoçarx hazırlayıb.
Azərbaycanın müstəqilliyinin 102-ci ilinə həsr olunan videoçarxda dövlətimizin şərəfli istiqlal tarixini yazan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusundan və bu ordunun varisi olan müasir Azərbaycanın qüdrətli Silahlı Qüvvələrindən bəhs olunur.
Vətənin bütövlüyü, azadlığı uğrunda son damla qanlarına qədər düşmənlə mübarizə aparan igid əsgərlərimiz tərənnüm edilir.
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub