Gürcüstanda koronavirusa yoluxanların sayı artaraq 738 nəfərə çatıb. Bu virusdan sağalanların sayı isə 573 nəfər təşkil edir.
Bu barədə Gürcüstan hökumətinin yaratdığı rəsmi “stopcov.ge” saytında bildirilir.
Məlumata görə Gürcüstanda COVID-19 virusundan ölənlərin sayı 12 nəfərə çatıb.
Hazırda Gürcüstanda 3076 nəfər karantində, 250 nəfər isə stasionarda saxlanılır. //AZƏRTAC