Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri Hakkari bölgəsinin Çukurca rayonunda terrorçuların hücumuna məruz qalıblar.
AZƏRTAC Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nəticədə iki hərbçi şəhid olub, biri yaralanıb. Bölgəyə əlavə qüvvə, o cümlədən hərbi helekopter və pilotsuz aparatlar cəlb olunub.