“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib. “Report” bu barədə aviaşirkətin internet səhifəsinə istinadən xəbər verir. Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır. Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi. Məsələ ilə bağlı "Report"a açıqlama verən AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, aviaşirkət sentyabra qədər bilet satışını dayandırıb və o vaxta qədər satışın bərpası Nazirlər Kabineti yanında Operativ Qərargahın atacağı addımlardan asılı olacaq.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Xorvatiyaya 276 min 342,95 ton xam neft ixrac edib
Kənd təsərrüfatının inkişafı Azərbaycanda regional inkişaf siyasətinin əsas istiqamətlərindən biridir