Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.
Trend-in məlumatına görə, brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov jurnalistləri maraqlandıran suallara cavab verir.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 397 399 test aparılıb. Aktiv xəstə sayı 4 783 nəfərdir, onlardan 146 nəfər reanimasiyadadır, 29 nəfər isə süni tənəffüs aparatına qoşulub.
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
Şamaxıda keçirilən beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə fikir mübadiləsi aparılıb